Portuqaliya millisinin daha bir futbolçusu zədələndi

Portuqaliya millisinin daha bir futbolçusu zədələndi
DÇ-2014 20 İyun 2014 / 19:22 2744
-  A +

Portuqaliya millisində zədəli futbolçular sırasına daha biri əlavə olunub.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, sol ayağından ağrı hiss edən Bruno Alveş  komandasının məşqini yarımçıq tərk edib.  Onun ABŞ-la matçda iştirak edib-etməyəcəyi dəqiq deyil.

Komandanın digər futbolçuları Huqo Almeyda və Rui Patrisiunun zədələri isə hələ sağalmayıb.

Xatırladaq ki, Portuqaliya millisinin oyunçusu Fabio Koentrao Almaniya ilə görüşdə zədələndiyi üçün DÇ-2014-ü erkən başa vurub.


Son xəbərlər
topaz banner