Viktor Mendi: "Qələbəyə "Neftçi" yox, biz layiq idik"

Viktor Mendi: "Qələbəyə "Neftçi" yox, biz layiq idik"
ÖLKƏ FUTBOLU 23 May 2014 / 11:45 2682
-  A +

"Oyun ərzində xeyli qol imkanlarımız oldu.  Ancaq onlardan istifadə edə bilmədik. Həlledici məqamlarda özümüzü itirdik. Komandamızda həyəcan var idi. Ola bilsin ki, bu, rəqibimizin adına, qazandığı  titullara görədir".

Qol.Az saytına açıqlamasında bu sözləri "Qəbələ" klubunun futbolçusu Viktor Mendi ölkə kubokunun finalında "Neftçi"yə uduzduqları oyun haqda danışarkən deyib.

Seneqallı  legioner komandasının qələbəyə layiq olduğunu bildirib: "Biz penaltilərdə uduzduq. Ancaq oyun ərzində rəqibi üstələməyi bacarırdıq. Hətta  qələbəyə layiq olduğumuzu deyə bilərəm. "Neftçi" ehtiyatlı oyuna üstünlük verirdi".

Başa çatan mövsümü "Qəbələ" üçün uğurlu hesab etdiyini vurğulayan təcrübəli hücumçu  komandasının Avroliqadakı şanslarını da dəyərləndirib: "Komandamız tarixində ilk dəfə bürün medalları qazandı. Bunu uğurlu nəticə kimi qiymətləndiririk. Bütün diqqətimizi Avroliqaya yönəldəcəyik.
Bu turnirdə də azarkeşlırimizi sevindirəcəyik. Düşünürəm ki, növbəti mövsümdə daha güclü "Qəbələ" görəcəksiniz".

Daha çox


Son xəbərlər