“Qarabağ” daha iki futbolçusu ilə müqaviləni uzatdı

“Qarabağ” daha iki futbolçusu ilə müqaviləni uzatdı
ÖLKƏ FUTBOLU 15 May 2014 / 18:22 4242
-  A +

Bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasında yarışacaq “Qarabağ” iki aparıcı futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Qol.Az-ın xəbərinə görə, Ağdam təmsilçisi albaniyalı müdafiəçiləri Admir Teli və Ansi Aqolli ilə müqavilənin müddəti daha bir il – 2015-ci ilin iyun ayına qədər uzadıb.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az-a açıqlamasında məlumatı təsdiqləyib.

Xatırladaq ki, Teli və Aqollinin “Qarabağ”la müqaviləsi bu mövsümün sonu başa çatırdı.

Əlavə edək ki, bundan öncə "Qarabağ" futbolçusu Qara Qarayevlə də müqavilənin müddətini uzatmışdı.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu