Hafiz Məmmədov “Bakı”nın futbolçuları ilə görüşdü

Hafiz Məmmədov “Bakı”nın futbolçuları ilə görüşdü
ÖLKƏ FUTBOLU 13 May 2014 / 20:03 3354
-  A +

“Bakı”nın prezidenti Hafiz Məmmədov klubun Futbol Akademiyasının futbolçuları ilə görüş keçirib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, xoş əhval-ruhiyyədə keçən söhbət zamanı Hafiz Məmmədov onların məşq prosesləri, şəraitləri və sosial durumları ilə maraqlanıb.

Daha sonra Hafiz Məmmədov klubun futbolçularına ulu öndər Heydər Əliyevin əsgərləri olduğunu bildirərək, məhz bu nəslin nümayəndələrinin gələcəkdə “Bakı” Futbol Klubunun əsasını təşkil edəcəyini vurğulayıb. Eyni zamanda H.Məmmədov onlara gələcək oyunlarda uğurlar arzulayıb.

Daha çox


Son xəbərlər