AFFA Georgi Çixradze və klubları cəzalandırdı

AFFA Georgi Çixradze və klubları cəzalandırdı
ÖLKƏ FUTBOLU 29 Aprel 2014 / 12:40 1879
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan kubokunun yarımfinal  mərhələsinin və Azərbaycan Premyer Liqasının 32-ci turunun oyunlarında baş verən pozuntulara hüquqi qiymət verilib.


Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Xəzər Lənkəran” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının 32-ci turunun “Qəbələ” – “Simurq” matçının 83-cü dəqiqəsində “Simurq” klubunun baş məşqçisi Georgi Çixradze texniki zona qaydalarını pozduğuna görə  meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXXII turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 1000 manat cərimə olunub.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner