Qurban Qurbanov: “Ən vacib üç xalımızı qazandıq"

Qurban Qurbanov: “Ən vacib üç xalımızı qazandıq"
ÖLKƏ FUTBOLU 12 Aprel 2014 / 20:59 3827
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 30-cu turunda "Rəvan"a 5:1 hesablı darmadağınla qalib gəldikləri oyundan sonra açıqlama verib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, ən vacib üç xalı qazandıqlarını deyib.

“Ən vacib üç xalımızı qazandıq. Mütləq qələbə qazanmalı idik. İrəlidə çox güclü rəqiblərə qarşı oynayacağıq. Oyunda sürət, yüksək temp var idi. Yaxşı oyun və yaxşı qələbə oldu. Azarkeşlərimiz möhtəşəm idi, sona kimi bizi dəstəklədilər. Qarşıda çətin səfər oyunumuz var, maksimum nəticə əldə etməyə çalışacağıq”.

Daha çox


Son xəbərlər