Tərlan Əhmədov: "Çox ağır yükün altına girmişik"

Tərlan Əhmədov: "Çox ağır yükün altına girmişik"
ÖLKƏ FUTBOLU 12 Aprel 2014 / 17:51 1832
-  A +

“Bilirdik ki, ağır oyun olacaq. Rəqib həm Premyer Liqada, həm də kubokda mübarizə aparır. Oyunumuzu dəyişən, lider futbolçumuz yoxdur. Gənc oyunçularımız azdır, Cavid Tağıyevin də oynamaması bizə müəyyən problemlər yaratdı".
 
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov "Qəbələ" ilə oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

T.Əhmədov komandasında heyətlə bağlı çatışmamazlıqların olduğunu bildirib: "Komandanın qarşısına uduzmamaq tapşırığı qoyulmuşdu. Son 20 dəqiqədə üstünlüyü rəqibə verdik. Komanda meydanda mübarizə apardı, futbolçular bir-birinə kömək elədilər, buna görə təşəkkürümü bildirirəm. Çox ağır yükün altına girmişik, bizim üçün mübarizə indi başlayır. Öz imicimiz üçün oynamalıyıq. Heyətlə bağlı çatışmazlıqlarımız var. Qol imkanlarından soyuqqanlıqla istifadə edə bilmirik. Bunların üzərində işləyirik, çalışacağıq ki, qalan 6 turda qələbə qazanaq. Rəqibin oyununu və heyətini təhlil etmişdik. İqbekoyinin sürətini və rəqibin müdafiədəki boşluqlarını nəzərə alıb onu hücumda oynatdıq”.

Daha çox


Son xəbərlər