Milinko Pantiç: "Qələbəyə layiq idik"

Milinko Pantiç: "Qələbəyə layiq idik"
ÖLKƏ FUTBOLU 12 Aprel 2014 / 17:31 2107
-  A +

"Çətin və mübarizə ilə bol bir oyun oldu. Bir neçə futbolçumuz bu gün meydana çıxa bilmədi. Rəqibimiz güclü idi, ilk dəqiqələrdə qapımızda qol gördük. Bu da rəqib komandaya üstünlük verdi".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Xəzər Lənkəran"la oyundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis komandasının bu gün qələbəyə layiq oynadığını bildirib: "Xəzər Lənkəran"ın cərimə zərbələrini çox yaxşı yerinə yetirməsini futbolçularıma demişdim. İlk hissədə 0:2 hesabı ilə geridə olsaq da, fasilədə futbolçularıma tövsiyyələrimi verdim. İkinci hissədə daha həvəsli oynadıq, komandam qələbəyə layiq idi.
 
Hücumda çatışmazlıqlarımız var, iki gənc futbolçuya bu gün şans verdim. “Neftçi” ilə oyuna top rəqib futbolçunun əlinə dəymişdi, hakim isə 11 metrlik cərimə zərbəsi təyin etməmişdi. Ona görə bu haqda danışmışdım. Klubumuzun prezidentinə söz vermişəm, hakimlikdən danışmayacam. Hakim də insandır, səhv edə bilər. İlk üçlüyə düşmək üçün sona kimi mübarizə aparacağıq”.

Daha çox


Son xəbərlər