"Qarabağ"dan növbəti qələbə, "Qəbələ" məğlub oldu

"Qarabağ"dan növbəti qələbə, "Qəbələ" məğlub oldu
ÖLKƏ FUTBOLU 5 Aprel 2014 / 19:54 17138
-  A +

Bu gün Topaz Premyer Liqada 29-cu tura start verilib. Qol.Az-ın xəbərinə görə, ilk oyun günündə üç qarşılaşma baş tutub.

İlk olaraq meydana autsayderlər çıxıb. "Rəvan" öz meydanında "Sumqayıt"ı qəbul edib. Yüksək liqada qalmaq uğrunda mübarizə aparan rəqiblərin oyununun kifayət qədər gərgin keçəcəyi gözlənilirdi. Lakin bu görüşdə qalib müəyyənləşməyib - 1:1.

Digər görüşdə turnir cədvəlinin vahid lideri "Qarabağ" AZAL-ın qonağı olub. Ağdam təmsilçisi son oyunda rəqibinə qalib gəlsə də, Tərlan Əhmədovun yeni baş məşqçi təyin olunduğu komanda "Qarabağ" üçün ən çətin rəqiblərdən sayılırdı. Bu oyunda 2:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun komandası çempionluq yolunda daha bir inamlı addım atıb. 

Günün son oyunu Lənkəranda keçiriləcək. Burada yerli "Xəzər Lənkəran" "Qəbələ"ni qəbul edib. Son vaxtlar hər iki komanda uğursuz zolağa düşdüyündən bugünkü qarşılaşmada  tərəflərin qələbə istəyi daha çox olacaqdı. Qarşılaşmada minimal hesabla "Xəzər Lənkəran" qalib gəlib - 1:0.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.





5 aprel (şənbə)
 
18:00. "Xəzər Lənkəran" - "Qəbələ" - 1:0
Qol:
Etame Mbilla, 71 (1:0)
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev.
Lənkəran. “Xəzər Lənkəran” mərkəzi stadionu.

17:00. AZAL - "Qarabağ" - 0:2
Qollar:
Reynaldo, 23 (0:1), Riçard Almeyda, 59 (0:2)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Teymur Fərhadov.
Bakı. “AZAL Arena”.

17:00. "Rəvan" - "Sumqayıt" - 1:1
Qollar:
Məhəmməd Qurbanov, 25 (0:1), Tyaqo de Souza, 70 (1:1) 
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Tahir Əhmədov.
Bakı. “Bayıl Arena”.



6 aprel (bazar)
 
15:30. "Neftçi" – "Bakı"
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Ramiz Məhərrəmov.
Bakı. 8-ci km qəsəbə stadionu.
 
16:00. "Simurq" – "İnter"
Hakimlər:
Vüsal Əliyev, Rahil Ramazanov, Coşqun Həsənov, Mahir Məmmədov.Zaqatala şəhər stadionu.
 




Turnir cədvəli

N
O
Q
H
M
T-F
X
1
29
19
7
3
55-14
64
2
28
15
6
7
41-33
51
3
  İnter
28
14
6
8
44-31
48
4
  Bakı
28
14
6
8
45-30
48
5
29
13
5
11
37-32
44
6
  Simurq
28
10
9
9
31-22
39
7
29
9
10
10
29-39
37
8
  AZAL
29
6
8
15
27-44
26
9
  Rəvan
29
3
9
17
16-50
18
10
29
3
8
18
19-49
17



Bombardirlər:

Reynaldo (Qarabağ) - 18 qol
Vaqif Cavadov (İnter) - 12 qol
Daniel Subotiç (Qəbələ) - 11 qol
Draqan Çeran (Simurq) - 9 qol
Etame Mbilla (Xəzər Lənkəran) - 9 qol
Rauf Əliyev (Bakı) - 8 qol
Marinaldo da Silva (Qarabağ) - 8 qol
Baçana Sxadadze (İnter) - 8 qol

Daha çox


Son xəbərlər