Azərbaycan millisi Sent Lüsiyaya qarşı

ÖLKƏ FUTBOLU 27 Mart 2026 / 08:00 27
-  A +

Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxacaq. 

QOL.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Sent Lüsiya yığması ilə üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş saat 19:00-da başlayacaq. Oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. 

“FIFA Series – 2026”

27 mart

21:00. Azərbaycan - Sent Lüsiya 
Hakimlər:
Giorgi Kruaşvili, Levan Varamişvili, Giorgi Elikaşvili, Koba Revazaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Daha çox


Son xəbərlər
26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner