"Qarabağ" klubunun makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem Qol.Az saytına müsahibəsində Topaz Prmeyer Liqanın növbəti turunda AZAL-a qarşı keçiriləcək oyundan və komandasının çempionluq şanslarından danışıb.
- Topaz Premyer Liqanın növbəti turunda sabah sizi AZAL-la səfər oyunu gözləyir. Bu dəfə də "Qarabağ" çətinliklə üzləşə bilər? Nəzərə alaq ki, komandanız cari mövsümdə üç məğlubiyyətdən birini AZAL-dan alıb.
- AZAL-ın bu mövsüm bizdən dörd xal almağını unutmamışıq. Yəni bu rəqiblə qarşılaşmalarda beş xal itirmişik. Qeyd etdiyiniz kimi, ilk dövrədə bu rəqibə məğlub olmuşuq, ikinci dövrədə isə heç-heçə etmişik. Həmin xal itkiləri olmasaydı, bu gün çempionluğu da qeyd edə bilrdik. AZAL həmişə bizə qarşı yaxşı oyun sərgiləyib. Bunları nəzərə alıb, sabahkı oyuna çox ciddi hazırlaşırıq. Səfərə qələbə üçün gedəcəyik.
- Səncə, yeni baş məşqçinin gəlişi AZAL-ın oyununa necə təsir edib?
- Tərlan Əhmədov komandada yeni bir sistem yaratmağa çalışır. İstənilən halda AZAL bizim üçün narahat rəqibdir.
- Əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə AZAL hücumameyilli oynaya bilər. Çünki komanda sonuncu pillələrdədir və elitanı tərk etmək qorxusu var.
- Biz də bunları nəzərə almışıq. Onsuz da məşqlərdə hər bir vəziyyətə uyğun hazırlaşırıq. Təkcə AZAL yox, bütün komandaların hücum futboluna qarşı oynamağa hazırıq. Rəqibin bu dəfə hücumameyilli oynayacağında çəkinmirik. Əksinə açıq futbol oynayan komandaya qarşı yaxşı nəticə qazanırıq.
- Yəni "Qarabağ" böyükhesablı qələbələr seriyasını davam etdirə bilər?
- Komanda olaraq heç bir qarşılaşmadan əvvəl düşünmürük ki, rəqib qapısına 3 və ya 4 qol vurmalıyıq. Bəzən oyunumuz alınmır, gözlənilməz halda xal itiririk. Bəzən də ardıcıl qələbələrə sevinirik. Əsas odur ki, AZAL-a qalib gəlib, üç xalı qazanaq. Bunu bir və ya beş qolla etməyimizin heç bir fərqi yoxdur.
- Hər halda "Qarabağ" AZAL-dan güclü rəqiblərə son turlarda böyük hesabla qalib gəlir.
- Bəli, hər matç üçün ayrı hazırlaşırıq. Artıq neçə turdur ki, oyunlara final qarşılaşması kimi yanaşırıq. Məşqlərdə çox çalışırıq. Bəlkə də buna görə qələbələrimiz kiməsə asan görünür. Ancaq bütün görüşlərdə çətinliklə qalib gəlirik.
- Rəqiblərin turnir cədvəlində "Qarabağ"dan uzaqlaşması və sizin çempionluğa yaxışnlaşmağınız qarşıdakı oyunlarda komandanıza necə təsir edəcək?
- AZAL-la görüşü də nəzərə alsaq, ən çətin oyunlarımız bundan sonra başlayır. Çünki bizdən xal alan komandalarla qarşılaşacağıq. Bütün futbolçularımız hər bir oyunun məsuliyyətini yaxşı dərk edir. Buna görə də hər bir oyundan qələbə ilə ayrılmaqdan başqa heç bir şeyi düşünmürük. Komanda olaraq başqa planımız yoxdur. Bəzən vaxtından əvvəl çempion olacağımızı deyirlər. Ancaq biz yalnız qarşıdakı oyunu düşünürük. Bunun sayəsində çempion olmaq olar.
- "Qarabağ"la müqavilən nə vaxt bitir?
- Müqaviləmin müddəti bir ildən sonra başa çatacaq. Buna görə də hələlik komanda ilə danışıq aparmırıq. İnşallah, bu mövsüm yaxşı nəticə qazanaq, klubla danışıb, razılaşarıq.
Ramiq AĞAMƏMMƏDOV
"Real" Rodri transferi üzərində işləyir
Azərbaycan millisinin məşqindən - Şəkillər
Ronaldo qayıtdı - Şəkil
"Milan"ın futbolçusu zədəsini sağaltdı
"Afrika Millətlər Kubokunun Seneqaldan alınması oğurluqdur"
"Bavariya" üçün şad xəbər
"Nəticə bizim üçün vacibdir" - Emin Mahmudov
Türkiyə millisinin oyununu yayımlayacaq kanallar
AFFA bu komandalara texniki məğlubiyyət verdi
Arteta, Hau, Moyes…
ÇL oyununa görə PSJ-nin matçı təxirə salındı
AFFA İntizam Komitəsinin qərarları
Asiya kubokunun püşkatma mərasimi təxirə salındı
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
"Neymarsız dünya çempionatını təsəvvür edə bilmirəm"
Qattuzo: “Bu, karyeramın ən vacib oyunu olacaq”
"Salahın yerini doldurmaq çox çətin olacaq" - Cerrard
Azərbaycanda işləmiş məşqçi ağır xəstəliyə tutulub
UEFA-dan "Benfika"ya cəzalar
Mbappe: “Yayılan xəbərlər doğru deyil”
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu