Azərbaycan futbolunun tanınmış mütəxəssislərindən olan Yunis Hüseynovun Qol.Az saytına müsahibəsi
- AFFA prezidenti Rövnəq Abdullayev qurumun rəsmi sayatına müsahibəsində Topaz Premyer Liqanın formatında yenidən dəyişiklik ediləcəyini, gələn mövsümdən əvvəlcədən nəzərdə tutulduğu kimi çempionatda 12 deyil, 10 komandanın iştirak edəcəyini bildirib. Buna münasibətinizi öyrənmək istədik.
- Mövsümün sonuna hələ iki ay vaxt qalıb. Məncə, çempionatın formatı yenə dəyişəcək. Çünki AFFA İcraiyyə Komitəsinin nəzərdə tutduğu qərar "Sumqayıt" və ya "Rəvan"ın güclülər dəstəsini tərk etməsinə səbəb olacaq. Düşünürəm ki, AFFA imkan verməz "Sumqayıt" elitanı tərk etsin. Çünki "Sumqayıt"da gənc, yerli futbolçular çıxış edir. "Rəvan"ın da Premyer Liqanı tərk etməsini istəməzlər. Buna görə də çempionatda iştirakçı komandaların sayı yenidən dəyişəcək.
- Düşünürsünüz ki, "Sumqayıt"ın elitanı tərk etməsi yaxşı hal deyil?
- Demirəm ki, güclülər dəstəsini tərk edən olmasın. Ancaq nəzərdə tutulan qərar əvvəlcədən komandalara çatdırılmalıdır. Artıq autsayderlər arxayınlaşmışdılar ki, onsuz da yüksək liqanı tərk etməyəcəklər. Birinci diviziona düşən komanda dağılacaq. Necə ki, "Kəpəz" və "Turan" dağıldı. İndi heç kim bu komandalarla maraqlanmır. Aşağı dəstəyə düşən komanda tamamilə ruhdan düşəcək və güclülər dəstəsinə qoşulmaq fikri olmayacaq. Qeyd etdiyim kimi, birinci diviziona düşən komandanı itirmiş olacağıq. Çünki rəhbərlik də kluba o qədər diqqət yetirməyəcək və beləliklə, komanda birinci divizionun ortababları arasında olacaq. Komanda sayını artırma daha yaxşı olardı. Məncə, 16 komanda ilə daha yaxşı çempionat keçirə bilərik.
- AFFA prezidenti birinci divizion komandalarının lisenziya probleminin olduğunu və buna görə onların yüksək liqaya gəlməsinin mümkün olmadığını əsas gətirib.
- Liseniziyanı düzəltmək AFFA və PFL-in öz əlindədir. Klublara maddi köməklik edib, bu problemləri aradan qaldıra bilərlər. Ortaya belə bir sual çıxır ki, bu komandaları kim maliyyələşdirəcək? Baxın, Dövlət Neft Şirkəti bu gün birinci divizionda bir çox komandanı maliyyələşdirir. O cümlədən də yüksək liqa komandalarına dəstək verə bilərlər.
- Bildiyiniz kimi, millimizin baş məşqçisi Berti Foqts ABŞ yığmasındakı həmkarı və həmyerlisi Yurgen Klismanna məsləhətçi təyin olunub. Bu isə bizim futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Sizin bu məsələ ilə bağlı fikriniz necədir?
- Tarixdə belə şey olmayıb ki, yığma komandanın baş məşqçisi digər yığmanın baş məşqçisinə məsləhətçi təyin olunsun. Digər tərəfdən, ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmannın Foqtsa ehtiyacı yoxdur. Klinsman neçə illər Almaniya yığmasını çalışdırıb, ABŞ millisini dünya çempionatının final mərhələsinə çıxarıb. O uşaq deyil ki, Foqts ona nəsə öyrətsin. Yəni bu adam elə-belə məşqçi deyil.
- Foqts dünya çempionatına gedib, millimizin rəqiblərinin oyunlarını da izləyə bilərdi. Ancaq o, ABŞ yığmasının rəqiblərinin oyununu izləməyə məcburdur.
- Razıyam. Bilmirəm, Foqts Klinsmanna hansı məsləhətləri verəcək. Bu yaxınlarda 50 yaşım tamam olacaq. Bu 50 ildə belə hala rast gəlməmişəm. Burda nəsə başqa nüans var.
Ramiq AĞAMƏMMƏDOV
"Real" Rodri transferi üzərində işləyir
Azərbaycan millisinin məşqindən - Şəkillər
Ronaldo qayıtdı - Şəkil
"Milan"ın futbolçusu zədəsini sağaltdı
"Afrika Millətlər Kubokunun Seneqaldan alınması oğurluqdur"
"Bavariya" üçün şad xəbər
"Nəticə bizim üçün vacibdir" - Emin Mahmudov
Türkiyə millisinin oyununu yayımlayacaq kanallar
AFFA bu komandalara texniki məğlubiyyət verdi
Arteta, Hau, Moyes…
ÇL oyununa görə PSJ-nin matçı təxirə salındı
AFFA İntizam Komitəsinin qərarları
Asiya kubokunun püşkatma mərasimi təxirə salındı
Azərbaycan – Sent Lüsiya oyununun hakimləri açıqlandı
"Neymarsız dünya çempionatını təsəvvür edə bilmirəm"
Qattuzo: “Bu, karyeramın ən vacib oyunu olacaq”
"Salahın yerini doldurmaq çox çətin olacaq" - Cerrard
Azərbaycanda işləmiş məşqçi ağır xəstəliyə tutulub
UEFA-dan "Benfika"ya cəzalar
Mbappe: “Yayılan xəbərlər doğru deyil”
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu