Aqil Məmmədov: "Qələbə istəyimiz daha çox idi"

Aqil Məmmədov: "Qələbə istəyimiz daha çox idi"
ÖLKƏ FUTBOLU 28 Mart 2014 / 17:41 1859
-  A +

"Maraqlı oyun alındı. AZAL bizim üçün həmişə çətin rəqib olub. Komandaya qələbəyə görə təşəkkür edirəm, sona kimi oynadılar".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov AZAL-la oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

A.Məmmədov komandasının qələbə istəyinin rəqibə nisbətən daha çox olduğunu bildirib: "Azarkeşlər də bizi tək buraxmadılar, komandaya dəstək verdikləri üçün onlara minnətdaram. Məğlub ola da bilərdik. Amma bu gün bizim qələbə istəyimiz daha çox idi”.

Daha çox


Son xəbərlər