"Belə getsə, futbolçuların çoxundan imtina olunacaq”

"Belə getsə, futbolçuların çoxundan imtina olunacaq”
ÖLKƏ FUTBOLU 28 Mart 2014 / 17:38 3428
-  A +

"Komanda ikinci dövrədə ümumiyyətlə iki xal toplayıb. Çətin psixoloji durumdayıq, bundan çıxmaq lazımdır. Bir neçə futbolçuda istək hiss olunur, amma çoxu istəksiz oynayır. Bunun səbəbini araşdıracağıq".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov "Sumqayıt"la oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

T.Əhmədov komandasının artıq uduzmağa alışdığını bildirib: "Komanda artıq uduzmağa alışır, əcnəbi futbolçular əvvəlki futbolu oynamırlar. İstək olmasa, rəqabətdə irəli gedə bilmərik. Görünür ki, bəzi futbolçular bu rəqabətə hazır deyil. Müdafiədən bu cür səhvləri gözləmirdim. Belə getsə, mövsümün sonunda futbolçuların çoxundan imtina olunacaq”.

Daha çox


Son xəbərlər