Pantiç: "Futbolda hər oyun başqa bir dünya sayılır"

Pantiç: "Futbolda hər oyun başqa bir dünya sayılır"
ÖLKƏ FUTBOLU 28 Mart 2014 / 13:35 1846
-  A +

“Artıq 4-cü dövrəyə gəlib çıxdıq. Oyunlar azaldıqca 3 xal qazanmaq daha çox zərurətə çevrilir. Statistik göstəricilərə əsasən “Bakı” cari mövsüm baş tutan hər 3 qarşılaşmada “Simurq”u məğlub edib. Amma bütün bunlar sabahkı görüşümüzdə heç nəyi dəyişmir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç klubun rəsmi saytına açıqlamasında deyib.

Topaz Premyer Liqanın 28-ci turu çərçivəsində sabah "Simurq"la qarşılaşacaq "Bakı"nın serbiyalı çalışdırıcısı rəqiblərinin sonadək oynadığını bildirib: "Futbolda hər oyun başqa bir dünya sayılır. Qazandığımız qələbələr də fərqli formalarda olub. Bu isə futbolun rəngarəngliyindən xəbər verir. Sadəcə, “Simurq”un sona qədər döyüşən və mövqelər baxımından yaxşı təşkil olunmuş komanda olmasını vurğulamaq vacibdi. Sabah Əfran İsmayılov və Rauf Əliyevin meydana çıxıb-çıxmayacağını hələ müəyyənləşdirməmişəm. Bu yöndə tələsmək düzgün deyil”.

Daha çox


Son xəbərlər