Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.Az saytına müsahibəsində Topaz Premyer Liqanın hazırkı durumundan söhbət açıb. Təcrübəli mütəxəssis növbəti turda baş tutacaq "Qarabağ" - "Qəbələ" və "Neftçi" - "Xəzər Lənkəran" matçı haqda da danışıb.
- Turnir cədvəlinə nəzər saldıqda görürük ki, komandalar hamısı öz oyununa görə lazım olan pillədədir. Bundan sonra neyləmək lazımdır? Artıq çempionatın sonuna az qalıb. "Qarabağ" 100 faiz olmasa da, 80 faiz çempionluğunu təmin edib. İndi ortabab klublardan maksimum xal almaq lazımdır. İnanmıram ki, nə Qurban Qurbanov, nə də futbolçular çempionluq şansını əldən versinlər. Ancaq futbol sürprizlərlə doludur.
- "Qarabağ"ın çempion olmağına nə mane ola bilər?
- Ancaq özləri mane ola bilərlər. Hazırda "Qarabağ"ın rəqibi elə "Qarabağ"dır. Yəni komanda arxayınlaşa bilər. Məşq zamanı futbolçularda bir qədər rahatlıq olsa, bunun cəzasını çəkəcəklər. Ancaq "Qarabağ"ın böyük çempionluq istəyini hamımız görürük. İnanmıram ki, bu əziyyətlərini yerə vursunlar. Çünki komanda uzun illərdir çempion ola bilmir. "Qarabağ"ın heyətində başqa klublarda çempion olmuş kifayət qədər oyunçu var. Onlar çempionluğun məğzini və bundan sonra necə oynamaq lazım olduğunu bilir. Əfsuslar olsun ki, "Qarabağ" kubokdan əlini üzdü. İnanırdım ki, onlar bu il "qızıl dubl" edəcəklər.
- Yuxarı pillələrdə yerləşən hansı klublarımız medalsız qala bilər?
- Qarşıdakı doqquz turda çox şey dəyişəcək. Ona görə də "Neftçi, "Qəbələ", "İnter" və "Bakı" komandalarının hər birinin medal qazanmaq şansı var. Onu da nəzərə almaq lazımdır ki, "Qəbələ" və "Neftçi" kubokda da oynayır. Bu oyunlar da onların çempionatdakı vəziyyətlərinə təsir edəcək. Adlarını çəkdiyim komandalar öz aralarındakı oyunlarda qalib gəlməklə mükafatçılar sırasına düşə bilərlər. Çünki hamısının xalları bir-birinə yaxındır. Buna görə də hər bir qələbə altı xala bərabər olacaq.
- Son zamanlar "Qəbələ" uğursuz çıxışları ilə yadda qalır. Bu komandanın nümayiş etdirdiyi oyun haqda nə söyləmək olar? Qələbə üçün nə çatmır?
- Hər bir komandanın öz oyunu olmalıdır. Bu, "Qəbələ"də yoxdur. Sadəcə onlarda lider oyunçular var. Çempionatın əvvəllərində həmin futbolçular oyunun taleyini həll edirdi. İndi isə bunu bacarmırlr. Çünki rəqiblərin onları necə zərərsizləşdirməyin yollarını tapıblar. "Qəbələ" eyni zamanda komanda oyunu sərgiləməlidir. Komandada psixoloji durum da qaydasında deyil. Fikir verin neçə turdur ki, öz meydanlarında məğlub olurlar. Ancaq "Qəbələ"nin həm kuboku qazanmağa, həm də çempionatda medalçılar sırasına düşməyə şansı var.
- Nəzərə alsaq ki, yay transfer dönəmində komandalarımız o qədər güclənə bilmirlər, hazırkı heyətlə onlardan hansının avrokuboklarda uğurlu çıxışını gözləmək olar?
- Bizim zəif cəhətimiz odur ki, avrokuboklara az qalmış oyunçu axtarmağa çalışırıq. Mənim karyeramda da belə hallar olub. Bu tamamilə səhv addımdır. Gələn il qatılacağın avrokuboklara indidən hazırlaşmaq lazımdır. Qış fasiləsi zamanı lazım olan futbolçularla anlaşmaq lazımdır ki, yayda onları tez bir zamanda heyətə cəlb edəsən və həmin futbolçularla birgə təlim-məşq toplanışına gedəsən Bizdə isə tərsinə olur. Təlim-məşq toplanışı zamanı futbolçu axtarırıq. Bir çox klublarmızda şərait var ki, işlərini əvvəldən görsünlər. Ancaq nədənsə o klublar da futbolçu seçməkdə ləngiyirlər. Hazırda hansı komandanın heyəti yaxşıdırsa, o da avrokuboklarda uğur qazanacaq. Yəni sözügedən turnirə az vaxt qalmış transfer edərək güclənmək istəyən klublarımız düzgün fikirdə deyillər.
- Topaz Premyer Liqanın növbəti turunda "Qarabağ" - "Qəbələ" və "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşmaları baş tutacaq. Bu oyunlardan hansını mərkəzi qarşılaşma adlandırmaq olar?
- Hər ikisi mərkəzi qarşılaşmadır. Çünki "Qarabağ" "Qəbələ"ilə xal fərqini artırmaq üçün ancaq qələbə haqda düşünür. "Qəbələ" isə əvvəlki mövqeyini qaytarmaq üçün qələbəyə köklənib. "Neftçi" ilə "Xəzər Lənkəra"ın oyunu haqda isə onu deyə bilərəm ki, həmişə bu komandaların oyununa böyük maraq olub. Ancaq marağı gözəl oyunla artırmaq lazımdır, hay-küylə yox. İstərdim ki, mübarizə meydandan kənarda olmasın.
- Hər iki qarşılaşmada hansı komandaları favorit hesab edirsiniz?
- "Qarabağ" - "Qəbələ" matçında üstünlüyü meydan sahiblərinə verərdim. Çünki "Qarabağ"ın oyunu və oyunçuları daha üstündür. Digər oyunda isə "Neftçi"nin şansını bir qədər üstün hesab edirəm. "Xəzər Lənkəran" son vaxtlar yaxşı təsir bağışlamır. Əvvəllər kimsə Lənkərandan bir xal aparanda çox sevinirdi. Bir il ərzində komanda öz meydanında cəmi 1-2 dəfə heç-heçə edərdi, heç kimə uduzmazdı. Ancaq bildiyiniz kimi son oyunda doğma meydanda "Simurq" 1:3 hesabı ilə uduzublar. İndiki durumda "Neftçi" "Xəzər Lənkəran"dan üstündür.
Ramiq AĞAMƏMMƏDOV
Kasemiro bu kluba keçir
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər
"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq
Yağışa görə bu oyunlar da təxirə salındı
Şlotterbek "Borussiya"nın ən çox qazanan oyunçusu olacaq
Baş məşqçi VAR-ı sərt tənqid etdi
Azərbaycan millisi Şimali İrlandiyaya da uduzdu
Seneqaldan CAF-a "ulduz"lu cavab
“Biz də bu mövqedə olmaqdan razı deyilik” - Vüsal İsgəndərli
"Nyukasl" klubunun sahibləri dəyişəcək?
"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər
2-ci liqada 6 oyunun hakimləri
Türkiyəyə qalib gəlsələr, 1 milyon mükafat alacaqlar
Haaland Premyer Liqanın ən yaxşısı seçildi