"Bakı" klubunun prezidenti Hafiz Məmmədov Fransa kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən "Monako" - "Lans" oyununu (6:0) canlı olaraq stadionda izləyib.
Qol.Az-ın məlumatına görə, H.Məmmədov oyundan sonra klubun prezidenti Monako knyazlığının şahzadəsi Alber II ilə görüşüb.
Oyun haqda da fikirlərini bildirən Hafiz Məmmədov eyni zamanda "Atletiko" (Madrid) və sahibi olduğu "Lans" komandaları ilə əməkdaşlıq barəsində klubun rəsmi televiziyasına danışıb.
"Futbolun ölkənin tanınmasında nə qədər böyük rolu var. Bunu hər kəs görür, hər kəs hiss edir. Atdığımız addımlar da, həm "Atletiko", həm də "Lans"la əməkdaşlığımız bu yöndə idi. Yəni, daha çox ölkəmizin tanınması üçün çalışırdıq. Hər iki klub Avropanın aparıcı futbol ölkələrini təmsil edir. Ona görə biz də Azərbaycanın İspaniya və Fransada tanınmasına səy göstəririk.
Oyuna gəlincə isə bu görüşdə daha çox "Lans"ın azarkeşlərinin davranışı maraqlı oldu. Çünki hesab 0:5 olduqda belə azarkeşlər komandalarını dəstəkləyirdilər, oxuyurdular. Elə bu oyunda iştirak edən mötəbər qonaqlar da qeyd etdilər ki, "Lans" və "Atletiko"nun azarkeşləri Avropada nömrə birdir. Mənim üçün üzücü hadisə komandanın 0:6 hesabı ilə uduzması, sevindirici hal isə azarkeşlərin özlərini aparması oldu".
Noyer geri dönür
Kasemiro bu kluba keçir
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər
"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq
Yağışa görə bu oyunlar da təxirə salındı
Şlotterbek "Borussiya"nın ən çox qazanan oyunçusu olacaq
Baş məşqçi VAR-ı sərt tənqid etdi
Azərbaycan millisi Şimali İrlandiyaya da uduzdu
Seneqaldan CAF-a "ulduz"lu cavab
“Biz də bu mövqedə olmaqdan razı deyilik” - Vüsal İsgəndərli