"Belə davam etsə, Ruslan "Rubin"dən ayrılacaq"

"Belə davam etsə, Ruslan "Rubin"dən ayrılacaq"
ÖLKƏ FUTBOLU 26 Mart 2014 / 11:35 3719
-  A +

Milli komandamızın üzvü Ruslan Abışov Rusiyanın "Rubin" klubundan ayrıla bilər.

Qol.Az-ın məlumatına görə, bu barədə "KazanFirst" saytı məlumat yayıb. Uzun müddət ehtiyatda qalan Abışovun durumundan narazı olduğu və bu səbəbdən Kazan təmsilçisini tərk etmək istədiyi iddia edilir.

Futbolçumuzun meneceri və qardaşı Sərxan Abışov Qol.Az saytının müxbiri ilə söhbətində bildirib ki, Ruslanın hazırda komandanı tərk etmək fikri olmasa da, mövsümün sonunda bu, baş verə bilər:

"Hazırda "Rubin"də ab-hava yaxşı deyil. Belə ki, komandanın strategiyası dəyişib. Məqsəd odur ki, komandada yerli ruslar oynnamalıdır, başqa heç kim. Yayda da demək olar ki, legionerlərin 90 faizi ilə yolları ayıracaqlar. Yəqin ki, yerli mətbuat buna görə Ruslanın "Rubin"dən ayrılmaq istədiyini yazıb. Ruslanı "Rubin"ə sabiq baş məşqçi Kurban Berdiyev transfer etmişdi. O, Ruslana demişdi ki, öz vaxtını gözlə, Natxo gedəndən sonra onun yerinə əsas namizəd sənsən. İndi may ayını gözləməliyik. Ola bilər ki, mövsümün sonunda "Rubin"ə yeni baş məşqçi gəldi. Yeni baş məşqçi yenidən legionerlərə üstünlük verə bilər. Ancaq belə davam etsə, Ruslan "Rubin"dən ayrılacaq".

Qeyd edək ki, Ruslan Abışov ötən il "Xəzər Lənkəran"dan "Rubin"ə transfer olunub. Onun Kazan təmsilçisi ilə daha ilyarımlıq müqaviləsi var.

Daha çox


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner