Oğuz Çetin: "Start heyəti Mustafa Dənizli müəyyənləşdirmişdi"

Oğuz Çetin: "Start heyəti Mustafa Dənizli müəyyənləşdirmişdi"
ÖLKƏ FUTBOLU 1 Fevral 2014 / 19:40 4907
-  A +

"Xəzər Lənkəran"ın məşqçisi Oğuz Çetin Topaz Premyer Liqanın 19-cu turunda "Qarabağ"a qalib (1:0) gəldikləri oyunu şərh edib.

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, o, çox çətin qalibiyyət əldə etdiklərini deyib: " Çox çətin rəqibə, həm də çempionatın liderinə qarşı oynadıq. Bu cür oyunda qalib gəlmək çətindi. Çox dəyərli məşqçi ilə çalışırıq. Mənim vasitəmlə bütün tapşırıqlarını futbolçulara çatdırdı. Oyunçuları təbrik edirəm, fədakar oyun göstərdilər. Turnir cədvəlində bizdən irəlidə gedən komandalara çatmaq üçün bu cür oyunlarda qalib gəlməliyik. Skarlatake dayaq yarımmüdafiəçisi kimi çox yaxşı oynadı, razı qaldıq.  Tam hazır olduğumuzu deyə bilmərəm, amma hər oyunda daha da yaxşı olacağımıza inanıram”.

Komandanın baş məşqçisi Mustafa Dənizli haqda da danışan O.Çetin türk çalışdırıcının özünü yaxşı hiss etmədiyi üçün xəstəxanaya yerləşdirildiyini vurğulayıb. O qeyd edib ki, qarşılaşma üçün start heyəti M.Dənizli müəyyənləşdirmişdi: "Cismən burada olmasa da, mənəvi cəhətdən bizim yanımızda idi".

Daha çox


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner