Kamran Ağayev rəsmən "Qəbələ"nin oyunçusu oldu

Kamran Ağayev rəsmən "Qəbələ"nin oyunçusu oldu
ÖLKƏ FUTBOLU 31 Yanvar 2014 / 20:07 3834
-  A +

"Qəbələ" heyətini daha bir futbolçu ilə gücləndirib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev karyerasını "Qəbələ"də davam etdirəcək. Qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.

1986-cı ildə anadan olan Ağayev futbolçu karyerasına 2003-cü ildə paytaxt təmsilçisi "Şəfa"da başlayıb. Kamran daha sonra "Turan" (2004-2006), "Xəzər-Lənkəran" (2006-2013) və "Bakı"nın (2013) şərəfini qoruyub.

Daha çox


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner