"Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin Marat İzmaylovun komandaya mümkün transferi ilə bağlı Rusiya mətbuatına müsahibə verib. Qol.Az saytı həmin müsahibəni təqdim edir:
- Böyük ehtimalla Marat İzmaylov "Qəbələ"də çıxış edəcək. Mən "Porto"nun prezidenti ilə yaxşı tanışam və o İzmayılova may ayına qədər bizdə icarə əsasında oynamağa icazə verdi. Yəni, hər şeyə yaxın günlərdə aydınlıq gələcək.
- Ümumiyyətlə İzmaylovun "Qəbələ"yə keçmək variantı necə baş verdi?
- Mən İzmaylovla hər zaman əlaqə saxlayıram. Onun meneceri Paulo Barbozo ilə yaxşı tanışam. Yəni, bu bizim birgə qərarımız idi.
- Bəs İzmaylovun bu mövsüm öz klubunda az oynaması sizi narahat etmir ki?
- Xeyr. Narahat etmir. O, mənim komandamda da oynayıb və öz işinin öhdəsindən yaxşı gəlib. Onun səviyyəsi, ustalığı və psixologiyasına heç vaxt şübhəm olmayıb.
- Sizin daha bir sabiq futbolçunuz Diniyar Bilyaletdinov da icarə əsasında oynamaq istəyir. Onu "Qəbələ"yə gətirməyi düşünmürsünüz?
- Düşünürəm ki, Diniyarın böyük seçim imkanı var. Əgər o hər hansı qərara gəlsə, mütləq mənə zəng vuracaq.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib