“Qəbələ”nin rəsmi danışıqlara başladığı “Portu”nun futbolçusu Marat İzmaylov Bakıya gəlib. Bu haqda Qol.Az-a klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. O deyib ki, Rusiya millisinin futbolçusu ilə danışıqlar bir həftə əvvvəl başlayıb və hal-hazırda davam edir.
“Marat artıq Bakıdadır. İndi onun müqaviləsi ilə bağlı bəzi xırda məsələlər üzərində iş gedir” – deyə F.Nəcəfov bildirib.
Topaz Premyer Liqasında transfer pəncərəsinin yanvarın 31-də bağlanacağını xatırladan F.Nəcəfov ən uzağı qarşıdakı iki gün ərzində bu transferin yekunlaşacağını söyləyib.
“Marat özü “Qəbələ”də oynamağa razıdır” – deyən F.Nəcəfov “Portu”nun irəli sürdüyü şərtlər haqda açıqlama verməyib.
O, Marat İzmaylovun "Qəbələ"nin baş məşqçisi Yuri Syominin istəyi ilə transfer etməyə hazırlaşdıqlarını bildirib.
Xatırladaq ki, Portuqaliyada "Sportinq" və "Portu"da oynamış İzmaylov Yuri Syominin rəhbərliyi altında Moskva "Lokomotiv"ində də çıxış edib.
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib