"Qəbələ" Marat İzmaylovla danışıqlara başladı

"Qəbələ" Marat İzmaylovla danışıqlara başladı
ÖLKƏ FUTBOLU 30 Yanvar 2014 / 13:48 2761
-  A +

"Qəbələ" klubu Rusiya millisinin sabiq üzvü Marat İzmaylovun icarə əsasında kluba keçidi üçün Portuqaliyanın "Porto" komandası və futbolçunun özü ilə danışıqlara başlayıb.

Qol.Az-ın məlumatına görə, bu barədə xəbəri "Qəbələ"nin rəsmi saytı yayıb.

Qeyd edək ki, Moskvanın "Lokomotiv" klubunun yetirməsi olan İzmaylov 2001-2012-ci illərdə Rusiya millisinin heyində 35 oyun keçirib və iki qol vurub. 2007-ci ildən karyerasını Portuqaliyada davam etdirən futbolçu öncə "Sportinq" daha sonra "Porto" klubunda çıxış edib.

O, bu mövsüm "Portu"da cəmi bir oyuna çıxıb ("Austriya" ilə Çempionlar Liqası matçının 67-ci dəqiqəsində).

Daha çox


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner