Peugeot dünyanın 2 nömrəli tenisçisi Novak Cokoviçi özünə sima seçib. Oyunçu ilə tanınmış fransız avtomobil brendi arasında 3 illik razılaşmaya görə, brend istənilən marketinq addımlarında və dünyanın bütün ölkələrində tenisçinin imicindən istifadə edə biləcək. Novak Cokoviç isə bu müddətdə iştirak edəcəyi bütün oyunlara qolunda Peugeot loqotipi olan köynəkdə çıxmalıdır.
27 yaşlı serbiyalı oyunçunun Peugeot imici üçün seçilməsi təsadüfi deyil. Fransa Açıq Tenis Turniri olan Roland Garros-la 30 illik əməkdaşlığının nəticəsi olaraq brend bu qərarı verib. Belə ki, ötən il keçirilən Roland Garros turnirində Novak Cokoviçlə dünyanın 1 nömrəli tenisçisi kimi tanınan Rafael Nadalın oyunu klassik oyunlar sırasına daxil olub. Peugeot nümayəndələri Novak Cokoviçlə brendi cazibə, heyranetmə və emosionallıq kimi xüsusiyyətlərin birləşdirdiyini deyirlər.
Tenis xüsusi zövqlü insanların maraq göstərdiyi idman sahəsi olduğundan adətən yüksək brendlər tenisçiləri özlərinə sima seçir. Bahalı saat brendlərinin tenisçilərə daha çox üstünlük verdiyini qeyd etmək yerinə düşər. Bir müddət əvvəl isə rusiyalı məşhur tenisçi Şarapova Porsche avtomobil brendinin siması seçilib.
Yuxarı
"Zirə" "Payde"yə uduzdu
"Brügge"dən "Arsenal"a
Avropada 10-cu qol
"Çelsi"dən yeni transfer
FTB Argentina Futbol Federasiyasının prezidentini saxladı
Kazemiro Messinin komanda yoldaşı oldu
“Neftçi” Bakıda 4 qol buraxıb uduzdu
"Mərhələ keçmək üçün ilk addımı sabah atmalıyıq"
"Qarabağ"a qarşı hücum futbolu sərgiləmək istəyirik"
Portuqaliya millisinin sabiq üzvü "Kəpəz"də
"Qarabağ"ı yaxşı təhlil etmişik" - SSKA-nın baş məşqçisi
"Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
Yamal: "Messi mənə dedi ki..."
Buskets "Barselona"ya qayıda bilər
"Neftçi" - "Dinamo": Heyətlər
“Qarabağ”da hər şey yaxşıya doğru gedir” - Qurban Qurbanov
"Kəpəz" ayrılığı açıqladı
"Mançester Siti" Fodenlə müqaviləni uzatdı
"Şəfa"dan 12-ci transfer
İtaliyada idman jurnalisti amansızlıqla qətlə yetirilib