Foqtsla yeni müqavilənin şərtlərinə görə o, bu dəfə ayın üç həftəsini Azərbaycanda keçirməlidi və klubları daha yaxından izləməlidi. Foqts Antalyadadı və düşərgələri gəzib klubların məşqini izləyir. “Qarabağ”ın düşərgəsindəydim və Foqts komandanın səhər məşqinə baxmağa gəldi. Suallarım vardı, söhbətləşdik və beləcə “Terrier”lə ilk müsahibəm yarandı. Müsahibəyə təbəssümlə, deyib-gülməklə başlamağı yaxşı əlamət idi...
- Qəribə görünür, gözümüz öyrəşməyib sizi klublarımızla belə sıx maraqlanan görmək...
- (Gülür) Həmişə maraqlanmışam, siz görməmisiz yəqin.
- Bəli, düz deyirsiz, təəssüf ki, mən görməmişəm yəqin. Yığmanın məşqləri və səfərlərinə dəvət olunanlardan deyiləm. Necədi, məşqləri izləyəndə hansı təəssüratlarınız yarandı?
- Yaxşı təəssüratlardı. Komandaların məskunlaşdığı yerlərə gedib məşqlərə necə yanaşdıqlarını müşahidə eləyirəm. Bəyəndiklərim daha çoxdu, çalışdıqları görünür.
- Bununla ikinci dəfədi “Qarabağ”ın məşqinə gəlirsiz...
- Təsadüfi və ya qeyri-adi deyil.
- “Neftçi”nin də məşqində olmusuz. “Qarabağ”la aralarında çempionluq uğrunda, ümumiyyətlə, aralarında amansız mübarizə var. ..
- “Qəbələ”ni də mütləq qeyd eləyərdim. Çox yaxşı komandaları var, bəyəndim.
- Yox, mən ümumiyyətlə, sırf iki komandanın mübarizəsini nəzərdə tuturdum. Müqayisəsini sizdən eşitmək istəyərdim. Hər halda açıqfikirli adam təəssüratı yaradırsız...
- Konkret nəyi bilmək istəyirsiz?
- “Qarabağ” və “Neftçi”nin məşqlərinə baxmısız. Şou üçün soruşmadığıma əmin olmanızı istəyirəm. Sizə görə, yığmanın əsas oyunçularını özündə cəmləşdirən bu iki klubdan hansı daha yaxşıdı?
- “Qarabağ”ın məşqlərində daha çox çeşid var. Fərqli təmrinlər görürəm. Daha kompaktdılar. Ümumiyyətlə, ən yaxşısı “Qarabağ”dı. Ancaq o biri klublar da əvvələ baxanda xeyli irəliləyişə nail olublar. Fiziki hazırlıq üzərində daha diqqətli olmaq lazımdı, müasir futbolda əsas meyarlardan biridir bu.
- Hansı çempion olar?
- Ona qarışmaq istəmirəm. Konkret bir fikrim yoxdu. Rəqabət və turnir cədvəli elə vəziyyətdədi ki, şansları konkret dəyələndirmək qeyri-ciddilik olar.
- Bu düşərgədə yeni xəbər var?
- Mən millinin üzvlərini izləməyə gəlmişəm. Ona görə də yenilik barədə sualınızın cavabını, düşünürəm ki, bununla qısaca verdim.
- Deməli, milliyə yeni namizədlər barədə yenilik yoxdu. Maks Eberllə münasibətlər nə yerdədi?
- Nədi ki?
- Ona görə maraqlanıram ki, keçən ay Almaniyada müsahibənizdə çoxdan küsülü olduğunuz Eberllə barışdığınız məlum olmuşdu və bu maraqlı məsələ idi. Eberl sizin doğma klubunuz Münhenqladbax “Borussiya”sının direktorudu axı...
- (Gülür) Hə, hər şey yaxşıdı. Maksla çox yaxın dostuq. Problem yoxdu. Mən onunla birlikdə müsahibə vermişdim və yəqin oxuyub hiss eləmisiz ki, hər şey yaxşıdı.
- Azərbaycanda küsülü olduğunuz var?
- Qətiyyən. Küsülü olduğum yoxdu. Ümumiyyətlə, küsülü qalmağı sevmirəm. Mən azərbaycanlıları çox istəyirəm. Problemi olduğum yoxdu.
- Yığma son tsikldə 9 xal topladı. Və bu yaxında sizin açıqlamanız çıxdı ki, mən növbəti mövsüm yığmanın Avropa çempionatına çıxmasına söz verməmişəm...
- Bəli, elə söz verməmişəm. Bu, medianın uydurduğu məsələdi, mən heç vaxt söz verməmişəm.
- Demədiyiniz şeyi hansı media yazıb?
- Bunu bilmirəm, xəbərim yoxdu, sadəcə, mənə bu haqda sual verildi o gün və mən dedim ki, elə söz deməmişəm.
- Bəs təsadüfə də inanmırsız?
- Futbol həm də təsadüflərdən qurulub. Niyə olmasın ki? Biz buna görə çalışırıq. İstəyimiz, məqsədimiz odur ki, Avropa Çempionatının final mərhələsinə çıxaq. Ancaq söhbət söz verməkdən gedirsə, elə şey olmayıb.
- 9 xal qane eləmişdi sizi?
- Yox. O qrupda 18 xal da yığmaq olardı. İmkanlarımıza görə 9 xal çox az oldu.
- Nəticələri daha yaxşılaşdırmağa nə çatmır?
- İcraçılar tələblərə cavab verməlidi.
- İcraçıların maksimumu 9 xal olub, 18 bir az utopik görünür, ancaq hər halda siz mütəxəssis kimi belə görürsüz. Onda məntiqlə növbəti tsikldə 9-dan çox xal qazanmağa söz vermək olar...
- Ümumiyyətlə söz vermək mənlik deyil. Ancaq qəti qəbul eləmirəmsə 9 xalın uğurlu nəticə olmasını, demək, daha yaxşı nəticə üçün çalışacağıq.
- Buna inam var? Əlinizdəki materiallarla bacararsız?
- İnam var. Əlimdəki materiallar üzərində də maksimum çalışacam ki, bunu bacaraq. Əsas məsələ, ən vacib predmet budu qarşımda.
- Ən çox etibar elədiyiniz oyunçulardan biri müdafiəçi Elnur Allahverdiyevdi. O, hazırda “Qəbələ” və “Xəzər Lənkəran” arasında qalıb. Bu, onun fiziki formasına təsirsiz ötüşməyəcək... O mövqedə oyunçumuz da yox səviyyəsindədir.
- Bu şeylər məni qətiyyən narahat eləmir. Çünki bu qayğıyla futbolçunun məxsus olduğu klub maraqlanmalıdı. Bu problem klublara aiddi. Mən futbolçuların hazırlıq vəziyyətini yığmanın toplanışlarında yoxlayıram və fikirlərimi açıqlayıram.
- Həmişə soruşuram, indi də soruşum, nəticələr pis olsa, nə olacaq?
- Pis olmayacaq (Gülür).
- Uğurlar. Azarkeşlər uğursuzluğa əsəbi, uğura acdılar, güman edək bu vəziyyətin məsuliyyətini üzərinizə götürə bilərsiz...
- Mütləq. Şübhəniz də olmasın.
Elçin CƏLİLOV, Antalya, Türkiyə
Futbolpress.az
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi
Mahir oynadı, komandası qalib gəldi
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti
Leau zəddəsini sağaltdı
18 ildən sonra: Tarixdə 3-cü dəfə
Eren Aydın: “Qol vuracağımı hiss edirdim”
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
Nazir və səfir “Qarabağ”ın U-12 komandasını ziyarət etdi
Poçettino “Tottenhem”in seçimindən məyus olub
Karyerasının 967-ci qolunu belə vurdu - Video
Marko Yankoviç: “Hakimlik bizi maraqlandırmır”
Messi adını daşıyan tribunanı ziyarət etdi: "İnanılmazdır"
Mançini İtaliya millisinə qayıda bilər
Fabreqas A seriyasında ən yaxşı seçildi
Orxan Məmmədov: “Sponsorlar minifutbola maraq göstərir”
Nərimanın komandası növbəti oyuna çıxır
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
Ronaldo qayıtdı, 2 qol vurdu
Yetirmələrinin transferindən ən çox qazanan klublar - Siyahı
Dembelenin dublu, PSJ-nin qələbəsi - Video
Misli Premyer Liqasında hakim təyinatları
"Şahdağ Qusar"ın qələbəsi - Video
Son 10 mövsümün azarkeş rekordu
“Həddindən artıq ucuz toplar itirdik” - Valdas Dambrauskas
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video