Bəlkə də fantastik görünə bilər, məni bu arzuma görə qınamayın. “Qarabağ” bundan sonra, haçansa bəlkə lap “Real”ı da, “Mançester”i də, “Barsa”nı da udacaq. Amma onun iyulun 23-də Bakıda “Rusenborq”la keçirdiyi oyunun dadı damaqlardan uzun illər getməyəcək. Nə də başqa qələbələr bu qələbənin yerini verməyəcək. Hamının adından belə danışmağa cürət etməkdə haqlıyam.
Oyundan əvvəl ortada tək sual vardı: “Qarabağ” udacaqmı? Adi sual idi. Şübhəsiz ki, hamı “Qarabağ”ın udmasını istəyirdi. Futbol qumarına qurşanan və “Rusenborq”un qələbəsinə pul qoyan 5-10 qor-qoduğu çıxsaq, bəli, hamı, bütün Azərbaycan “Qarabağ”ın udmasını istəyirdi. Buna bir tərəfdən də kədərə-nisgilə bələnmiş qanqaraldıcı özəl səbəb vardı. İyulun 23-ü Ağdamın işğal günüdür axı. Ağdamı təmsil edən bir klubun məhz həmin gün evində uduzması... Özü də Norveçdəki fədakar oyundan, 0:0 hesabından sonra... Yoox, bu ola bilməzdi. Məhz bu ola bilməzdi. Məhz bu olmamalı idi.
Oyundan sonra isə təbii ki, heç bir sual-zad yox idi. Yalnız böyük coşqu vardı, sevinc vardı, qələbəyə həsrət qoyulmuş bu millətin aşıb-daşan, bağıran, hayqıran, başqalarının üz-gözünə səpələnən, şəhərin ölü sükutuna qənim kəsilən müsbət emosiyası vardı. Deyirlər dərd adama güc verir. Amma adam sevinəndə də güclü olurmuş. Millət həmin gün çox güclü görünürdü. 23 iyul işğal dərdi bir yandan, 23 iyul qələbə sevinci o biri yandan - ikiqat güclü görünürdük. Millətə bu gücü verdiyinə görə sağ ol, “Qarabağ”.
Həmin gün hər şey əla idi, stadionda yanaşı oturub “Qa-ra-bağ!” bağıra-bağıra futbola baxdığım dostumuz Nazim Sabiroğlu demişkən, lap qəşəng idi. “Qarabağ” bütün problemlərin, dərd-qəmin, qayğı və sualların ilgəyini boğazımızdan bir gecəliyə də olsa çıxarıb atmışdı, onları unutdurmuşdu, öldürmüşdü. Hamımız o sevinc, sevgi selində batırdıq. İnanılmaz mənzərə, qeyri-adi ovqat idi. Adam ümidlənirdi, ruhlanırdı. İllərdir məhz bunlara təşnə deyilikmi?
Amma elə bu möhtəşəm anlarda beynimdə qəfildən ildırım kimi çaxan bir sualdan üşəndim: ilahi, birdən “Qarabağ” udmasaydı, nə olardı? Bu millət içindəki bu enerjini, bu sevinc yükünü necə saxlayacaq, necə gəzdirəcəkdi? Sualın qurğuşun ağırlığından az qala belim büküləcəkdi.
Yekəxanalıq kimi çıxsa da deyəcəm: özümü futbol bilicisi sayıram. Stajlı azarkeşəm, 30 ilə az qalır ki, futbola baxıram. Güclü və zəif komandaları seçib ayıra bilirəm. “Rusenborq”un adı da, keçmişi, indisi, yolu-sanbalı da mənə bəllidir. Çempionlar Liqasının qrup mərhələsindəki oyunlarını illərdir izləyirik. Kimsə məni qınamasın, fikirləşməyin ki, özümüzü bəyənmirəm, amma həqiqəti deməliyik: sırf peşəkarlıq, səviyyə, təcrübə baxımından “Rusenborq” hara, “Qarabağ” hara. Norveçli futbolçular fiziki cəhətdən daha güclü, ucaboy, gövdəli, daha təcrübəli, sürətli, texnikalı idi. İnsafən, oyunları da savadlı idi, güclü idi. Amma...
“Bilirsənmi “Qarabağ” niyə uddu?” Stadiondan çıxa-çıxa tanınmış idman yazarı Vüsal Mehdioğluna verdiyim bu sualın cavabı da elə özümdə idi: “Onlar texnika ilə, sürətlə, fiziki güclə oynayırdı, “Qarabağ” isə bunların hamısından daha güclü olan ruhla, ürəklə. Başqa cür udmaq olmazdı”.
***
Həmişə qaraqabaq olan, daha doğrusu, belə görünən Nazim həmin gün başqalaşmışdı. Kefi ala buludda idi, deyib-gülürdü, şükranlıq və məmnunluq yağan çöhrəsindəki sevinci gizlətmək istəmirdi. Onu nadir hallarda belə görmək olar. Amma “Qarabağ”ın o möhtəşəm qolundan ta oyunun sonuna qədər beynimdən dəfələrlə keçən fikri dilimə gətirib bu ovqatı korlamağı özümə rəva gördüm: “Nazim, heyf Adil müəllim görmədi bunu”.
Həmin gün hamı sevinirdi. Əksər adamlar ağlayırdı. Hər şeyi unudaraq. Amma qoy bunu da hökm kimi deyim: amma heç kim həmin gün Adil müəllim kimi məsumca, uşaqca, ürəkdən sevinə və sevgi ilə ağlaya bilməzdi. Əgər məşhur jurnalist, işıqlı adam, əsl ziyalı Adil Qaçayoğlu həmin gün bizimlə yanaşı oturub “Qarabağ”ın oyununa baxsaydı, doğma Ağdamının komandasının Avropanın say-seçmə klublarından birini necə diz çökdürdüyünü görsəydi, bu qələbənin şərhi də, dəyəri də, sevinci də, tarixdəki yeri də bir ayrı aləm olardı. Tamam başqa dadda, tamam fərqli biçimdə...
...Həmin gün axşam stadionun üstü bəmbəyaz idi. Qəribə parıltı, qəribə işıq idi. Mən süd kimi aydınlığın içində Adil müəllimin ruhunu aydın görürdüm. Şad-xürrəm idi...
Famil CƏFƏRLİ
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Mançester Siti” “Liverpul”u darmadağın etdi
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək