Qvardiola "Barselona" ilə oyundan danışdı

Qvardiola "Barselona" ilə oyundan danışdı
XƏBƏR 25 İyul 2013 / 11:52 3001
-  A +

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola sabiq klubu "Barselona"ya  (2:0) qarşı oynadıqları hazırlıq matçını şərh edib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispan mütəxəssis bu qarşılaşmanın onun üçün əlamətdar olduğunu deyib: "Mənim üçün xüsusi bir gün idi. Azarkeş, futbolçu, baş məşqçi karyeram ərzində ilk dəfə "Barselona"ya qarşı oldum. "Barsa" hər zaman yaxşı klub olub. Bizim üçün də bu matç superkubok öncəsi yaxşı sınaq idi".

Klubun yeni transferi Tiaqo Alkantaranın da oyunu haqqında danışan Qvardiola bildirib: "O, hələ bu kluba bir həftədir  gəlib. Hərəkətləri və fiziki gücü komandanın digər oyunçularından xeyli zəifdir".

Son xəbərlər
topaz banner