"Qəbələ" "Alyans Arena"da

XƏBƏR 25 İyul 2013 / 10:38 2468
-  A +

İyulun 23-ü baş tutan "Qəbələ" - "Gənclərbirliyi" (3:1) sınaq matçından sonra Yuri Syomin komandasına birgünlük istirahət verib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, istirahəti yoxlama oyununun baş tutduğu Almaniyanın Münhen şəhərində keçirən "Qəbələ" günün ikinci yarısında "Alyans Arena"ya yollanıb.

Bu dəfə tamaşaçı qismində yer alan "qırmızı-qaralar" "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) yoxlama matçını izləyiblər. Qarşılaşma meydan sahiblərinin 2:0-lıq qalibiyyəti ilə tamamlanıb.


Son xəbərlər
topaz banner