"Üçüncü mərhələyə yüksəldiyimiz üçün çox xoşbəxtəm. Bu, hazırlıq mərhələsi zamanı etdiyimiz məşqlərin nəticəsi olaraq bizim üçün kifayət qədər böyük mükafatdır. Məncə, bu, "Skenderbeu"nun həqiqi gücüdür".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Skenderbeu" klubunun qapıçısı Orges Şehi "Neftçi" ilə oyundan sonra (1:0) deyib.
35 yaşlı qapıçı "Neftçi" ilə oyunun çətin keçdiyini bildirib: "Bu mübarizədən qalib ayrılmağımız tək "Skenderbeu" üçün yox, bütün albanlar üçün yaxşı haldır. Biz yüksək səviyyədə oynadıq və xarakter nümayiş etdirdik. Çətin olsa da, mərhələ adlamağı bacardıq. "Neftçi"nin qırmızı vərəqə almağı işimizi daha da asanlaşdırdı. Növbəti rəqib haqda düşünməzdən əvvəl bizə dincəlmək lazımdır".
Qeyd edək ki, "Skenderbeu" Çempionlar Liqasının III təsnifat mərhələsində Qazaxıstanın "Şaxtyor" klubu ilə qarşılaşacaq.
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda