Musa Sou "Xəzər Lənkəran"la oyunun start heyətində niyə olmayıb?

Musa Sou "Xəzər Lənkəran"la oyunun start heyətində niyə olmayıb?
XƏBƏR 24 İyul 2013 / 13:31 2964
-  A +

"Fənərbaxça"nın futbolçusu Musa Sounun "Xəzər Lənkəran"la yoldaşlıq oyununda start heyətdə oynamamasının səbəbləri məlum olub.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müsəlman oyunçu oruc tutduğu üçün ilk "11"likdə oynaya bilməyib. 

Belə ki, qarşılaşmanın ilk hissəsinin oynanacağı ərəfədə axşam azanı oxunduğu üçün baş məşqçi Sounu start heyətə daxil etməyib. Hücumçu yalnız orucunu açdıqdan sonra matçın 59-cu dəqiqəsində meydana daxil olub.


Son xəbərlər
topaz banner