"Simurq" "Beşiktaş"a uduzdu (YENİLƏNİB)

"Simurq" "Beşiktaş"a uduzdu (YENİLƏNİB)
XƏBƏR 24 İyul 2013 / 22:57 3720
-  A +

Avstriyada hazırlıqları davam etdirən "Simurq" klubu bu gün daha bir yoldaşlıq görüşünə çıxıb.

Qol.Az-ın məlumatına görə, Zaqatala təmsilçisinin bu dəfəki rəqibi Türkiyənin dörd ən böyük klublarından biri "Beşiktaş" komandası olub.

Bakı vaxtı ilə saat 21:00-da başlanan oyun Türkiyətəmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu, Zaqatala təmsilçisinin Avstriyada yoldaşlıq görüşü keçirəcəyi ikinci Türkiyə klubu olub. Bundan əvvəl komanda "İstanbul BB"  klubu ilə 1:1 hesablı bərabərə qalıb. İyulun 27-də isə "Simurq"un sonuncu rəqibi Superliqa təmsilçisi "Kayserispor" olacaq.

24 iyul

Yoxlama oyun

21:00. "Beşiktaş" (Türkiyə) - "Simurq" (Azərbaycan) - 2:1
Qollar:
S.Ballo, 55 (1:0), Dentinyo, 68 (1:1), H.Almeyda, 85 (2:1) 


Son xəbərlər
topaz banner