"Bavariya"nın yeni mövsümdə rəqibi olmayacaq"

"Bavariya"nın yeni mövsümdə rəqibi olmayacaq"
XƏBƏR 24 İyul 2013 / 01:48 2405
-  A +

"Bavariya" klubunun sabiq baş məşqçisi Feliks Maqat yeni mövsümlə bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis yeni mövsümdə Bundesliqada "Bavariya"nın rəqibinin olmayacağını bildirib:

"Bavariya"nın hazırki durumuna baxan hər kəs gələn mövsüm Bundesliqada həyəcanverici bir yarış olmayacağını görə bilər. Münhen təmsilçisi daha da güclənib. Növbəti mövsüm Bundesliqada "Bavariya"nın rəqibi olacaq komanda görmürəm".

Qeyd edək ki, "Bavariya" yeni mövsümün ilk matçında "Borussiya" (Münhenqladbax) klubu ilə qarşılaşacaq.


Son xəbərlər
topaz banner