"Çelsi" 18 yaşlı futbolçunu transfer etdi

"Çelsi" 18 yaşlı futbolçunu transfer etdi
XƏBƏR 24 İyul 2013 / 00:01 2831
-  A +

İngiltərənin "Çelsi" klubu yeni mövsüm öncəsi dördüncü transferini gerçəkləşdirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub "O Hiqqins" və Çilinin U-20 millisinin futbolçusu Kristian Kuevası heyətinə qatıb.

18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bundan əvvəl "Çelsi" Andre Şurrle, Marko Van Qinkel və Mark Svarşeri transfer edib.

 

 


Son xəbərlər
topaz banner