Ağdamın işğalının 20-ci ildönümü stadionda elan olundu

XƏBƏR 23 İyul 2013 / 22:56 1819
-  A +

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçəvisində az sonra startı veriləcək “Skenderbeu” – “Neftçi” oyunundan öncə Ağdam rayonunun ermənilər tərəfindən işğalının 20-ci ildönümü stadionda elan olunub.

Qol.Az-ın məlumatına görə, bu səbəbdən son Azərbaycan çempionu "Skenderbeu" ilə oyuna qara sarğı ilə çıxacaq.

Qeyd edək ki, matçdan öncə Qarabağ uğrunda döyüşlərdə şəhid olan Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Son xəbərlər
topaz banner