"Qarabağ" sabah Polşaya gedir

"Qarabağ" sabah Polşaya gedir
XƏBƏR 23 İyul 2013 / 18:45 1981
-  A +

Avroliqanın II təsnifat mərhələsində qarşılaşacağı "Piast"la oyunun hazırlıqlarını davam etdirən "Qarabağ" klubu bu gün saat 19:30-da respublika stadionunda sonuncu məşqinə çıxacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla da, Bakıdakı hazırlıqlarını tamamlayacaq komanda sabah səhər birbaşa Polşanın Katovitse şəhərinə yollanacaq.

Komanda oradan 30 km aralıda yerləşən Qlivitse şəhərinə yollanacaq. Sabah komanda yerli vaxtla 17:30-da (Bakı vaxtıyla 20:30-da) oyunun keçiriləcəyi stadionda sonuncu məşqinə çıxacaq.
 
Qeyd edək ki, "Piast" - "Qarabağ" matçı iyulun 25-də, Bakı vaxtı ilə saat 20:30-da keçiriləcək. Bu komandalar arasında baş tutan ilk görüş 2:1 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatmışdı.

Son xəbərlər
topaz banner