İniyesta: "Martino ən ideal seçimdir"

İniyesta: "Martino ən ideal seçimdir"
XƏBƏR 23 İyul 2013 / 17:02 2765
-  A +

"Barselona"nın futbolçusu Andres İniyesta yeni və keçmiş baş məşqçiləri haqqında danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi yeni çalışdırıcıları Xerardo Martinonun ideal seçim olduğunu deyib:

"Əgər klub onu seçibsə, deməli, ən ideal baş məşqçi odur".

Keçmiş baş məşqçiləri olan və hazırda "Bavariya"nı çalışdıran Pep Qvadriola barədə isə İniyesta bildirib: "Bavariya" möhtəşəm komandadır və Qvardiola onları daha da güclü edəcək. Biz də güclüyük. Nələrin baş verəcəyini görəcəyik".


Son xəbərlər
topaz banner