Mourinyo: "İngiltərə yığmasına kömək etmək istəyirəm"

Mourinyo: "İngiltərə yığmasına kömək etmək istəyirəm"
XƏBƏR 23 İyul 2013 / 15:47 2175
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo İngiltərə milli komandasının baş məşqçisi Roy Hodsona kömək etmək istədiyini deyib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis 2014-cü ildən keçiriləcək dünya kuboku üçün İngiltərə yığmasına dəstək olmaq istədiyini bildirib:

"Oyunçularımı ən yaxşı şəkildə hazırlaşdıraraq İngiltərə yığmasına kömək etmək istəyirəm. "Çelsi"də forma geyinən futbolçuları fiziki və zehni olaraq yaxşı hazırlaşdıracağam. Onlar uğur əldə edərsə, daha xoşbəxt olacam. Fikrimcə bütün baş məşqçilər bunu düşünməli və onları dəstəkləməlidirlər" - deyə Mourinyo bildirib.


Son xəbərlər
topaz banner