Bekkenbauerdən Qvardiolaya dəstək

Bekkenbauerdən Qvardiolaya dəstək
XƏBƏR 23 İyul 2013 / 12:14 1541
-  A +

"Bavariya"nın əfsanəvi futbolçularından olan Frans Bekkenbauer klubun yeni çalışdırıcısı Pep Qvardiola haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, "AZ"a danışan Bekenbauer ispan mütəxəssisin "Bavariya"da nələr edəcəyini səbirsizliklə gözlədiyini deyib: "Özünəməxsus fikirlərinin komandaya necə təsir edəcəyini və bunların bir işə yarayıb-yaramayacağı maraqlıdır. Qvardiola dünyaca məşhur biridir. Əvvəllər qəzetlərin manşetlərində futbolçuların şəkli olurdu, indi isə mənimlə onun şəkli var. Mən Qvardiolanın daha on il burada qalmasını istəyirəm" - deyə o bildirib.


Son xəbərlər
topaz banner