"Simurq" "İstanbul BB"-lə heç-heçə etdi

"Simurq" "İstanbul BB"-lə heç-heçə etdi
XƏBƏR 23 İyul 2013 / 10:25 1668
-  A +

Avstriyada təlim-məşq toplanışı keçən "Simurq" dünən  hazırlıq çərçivəsində ikinci yoldaşlıq görüşünə çıxıb.

Qol.Az-ın məlumatına görə, Zaqatala təmsilçisinin  rəqibi ötən mövsüm Super Liqadan bir alt liqə düşən "İstanbul BB" olub. Georgi Çixradzenin komandası oyundan  1:1 hesablı heç-heçə ilə ayrılıb. "Sarı-qaralar"ın matçda yeganə qolunu oyunun 25-ci dəqiqəsində yeni transfer Taqim Novruzov vurub.


Qeyd edək ki, Avstriya hazırlığı çərçivəsində bu, "Simurq"un ikinci yoxlama oyunu idi. Bundan öncə isə Zaqatala təmsilçisi "Olimpiakos"la üz-üzə gəlib və 1:2 hesabı ilə məğlub olub. "Simurq" növbəti yoldaşlıq matçını isə iyulun 24-də "Beşiktaş"la keçirəcək.

Son xəbərlər
topaz banner