"Bakı"nın sabiq futbolçusu Türkiyə klubunda

"Bakı"nın sabiq futbolçusu Türkiyə klubunda
XƏBƏR 23 İyul 2013 / 01:36 2478
-  A +

Azərbaycan futbolsevərlərinə yaxşı tanış olan "Bakı" klubunun sabiq futbolçusu Silvino Joao de Karvalyo (Jaba) karyerasını yenidən Türkiyə çempionatında davam etdirəcək.

Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu Türkiyə birinci liqa təmsilçisi "Samsunsspor" klubunun rəhbərliyi ilə görüş keçirib.

Hazırda komadanın Boludakı təlim-məşq toplanışında olan Jabanın yaxın günlərdə "Samsunspor"la rəsmi müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, Jaba 2009-2012-ci illərdə "Bakı" klubunun şərəfini qoruyub. 32 yaşlı futbolçu meydana çıxdığı 60 oyunda 17 dəfə rəqib qapılarına yol tapıb.

 


Son xəbərlər
topaz banner