"Napoli" "Real"ın daha bir futbolçusunu istəyir

"Napoli" "Real"ın daha bir futbolçusunu istəyir
XƏBƏR 23 İyul 2013 / 00:37 2785
-  A +

İtaliyanın "Napoli" klubu Madrid "Real"ının daha bir futbolçusuna "elçi" düşüb.

Qol.Az-ın məlumatına görə, Neapol təmsilçisi "Real"ın hücumçusu Qonzalo İquain üçün hərəkətə keçib.

İtaliya klubu argentinalı futbolçunun transferi üçün qarşı tərəfə 35 milyon avro təklif edib. Üstəlik İquain "Napoli"də ilinə 6 milyon avro qazanacaq. Lakin "Real"ın futbolçu üçün daha yüksək məbləğ tələb etməsi "Napoli"nin işini çətin salıb.

Qeyd edək ki, "Napoli" daha öncə "Real"dan Raul Albiol və Xose Kallehonu transfer edib.


Son xəbərlər
topaz banner