"Barselona"nın yeni baş məşqçisi bəlli oldu

"Barselona"nın yeni baş məşqçisi bəlli oldu
XƏBƏR 23 İyul 2013 / 00:32 3376
-  A +

İspaniyanın "Barselona" klubu "Nyuels Old Boyz"un sabiq çalışdırıcısı Xerardo Martino ilə razılığa gəlib.

Qol.Az-ın xəbərinə görə, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Argentinalı mütəxəssislə üç illik müqavilə imzalanacağı bildirilib. "Tata" ləqəbli baş məşqçinin köməkçiləri Elvio Paolorroso və Xorxe Pautassonu da komandaya gətirəcəyi qeyd olunub.

Bu transferin yaxın günlərdə rəsmiləşəcəyi iddia edilir.

Son xəbərlər
topaz banner