Tito Vilanova "Barselona"lı futbolçulardan nə istədi?

Tito Vilanova "Barselona"lı futbolçulardan nə istədi?
XƏBƏR 22 İyul 2013 / 18:26 3229
-  A +

"Barselona"nın kapitanı Karles Puyol baş məşqçiləri Tito Vilanovanın klubdan ayrılması haqqıdan danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 35 yaşlı müdafiəçi bu qərarın sürpriz olduğunu və kimsənin Vilanovanın klubdan gedəcəyini gözləmədiyini deyib:

"Hər kəs üçün bu xəbəri eşitmək çox çətin idi. Ancaq önəmli olan Titonun sağlamlığıdır".

Puyol sabiq çalışdırıcılarının onlardan son olaraq nə istədiyini də bildirib: "Tito gedərkən bizdən meydanda bütün gücümüzü göstərməyimizi istədi. Onun müalicəsi üçün ən yaxşı şey məncə, elə budur".

İspan futbolçu həmçinin bildirib ki, klubu çalışdırmağa namizəd olan baş məşqçilərin hər biri Kataloniya klubunda işləmək gücünə malikdir: "Biz də yeni baş məqşçiyə əlimizdən gəldiyi qədər kömək edəcəyik".

Son xəbərlər
topaz banner