Neymar: "Messi ilə birgə tarix yazacağıq"

Neymar: "Messi ilə birgə tarix yazacağıq"
XƏBƏR 22 İyul 2013 / 17:32 1638
-  A +

"Barselona" klubunun yeni transferi Neymar iddialı açıqlamalar verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu komanda yoldaşı Lionel Messi ilə birlikdə tarix yazacaqlarını deyib.

"Messi ilə birlikdə tarix yazacağıq. Bunu edə bilmək üçün hər şeyə sahibik. "Barselona"da oynamaq qürurvericidir. Kataloniya klubu dünyanın ən güclülərindəndir və buna görə də "Barsa"nı seçmişəm" - deyə Neymar bildirib.

Qeyd edək ki, 21 yaşlı oyunçu bu yay Kataloniya klubu ilə 5 illik müqavilə imzalayıb.


Son xəbərlər
topaz banner