"Mançester Yunayted"in Fabreqas israrı davam edir

"Mançester Yunayted"in Fabreqas israrı davam edir
XƏBƏR 22 İyul 2013 / 15:41 1510
-  A +

İngiltərənin "Mançester Yunayted" klubunun "Barselona"nın futbolçusu Sesk Fabreqas israrı davam edir.

Qol.Az-ın Britaniya mətbubatına istinadən verdiyi məlumata görə, İngiltərə klubunun ilk təklifi "Barsa" tərəfindən rədd edilsə də, "MY" ikinci dəfə Kataloniya təmsilçisinə müraciət edib.

Bu barədə keçirdiyi mətbuat konfransında açıqlama verən klubun baş məşqçisi David Moyes danışıqların hələ də davam etdiyini bildirib:

"Səviyyəli oyunçularla maraqlandığınız zaman bu transferi bitirmək üçün əlinizdən gələn hər şeyi edərsiz. Hazırda biz də Fabreqası bura gətirmək üçün çalışırıq" - deyə Moyes qeyd edib.


Son xəbərlər
topaz banner