"Messini transfer etsək, onu hücumçu kimi oynatmazdıq"

"Messini transfer etsək, onu hücumçu kimi oynatmazdıq"
XƏBƏR 22 İyul 2013 / 14:40 3013
-  A +

"Milan"ın prezidenti Adriano Qalliani maraqlı açıqlamalar verməkdə davam edir.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, İbrahimoviçin İtaliyaya qayıtmasının mümkünsüz olduğunu bildirən klub prezidenti Messi haqqında belə deyib:

"İbrahimoviç kimi futbolçuların çox yüksək maaşları var və İtaliya futbolu hazırda bu məbləği ödəyə bilməz. Kriştiano Ronaldo, Zlatan İbrahimoviç, Qaret Beyl önəmli adlardır, ancaq biz hücum sistemi ilə oynamırıq. Məsələn, biz Messini transfer etsək, onu iki hücumçunun arxasında oynadardıq. Onu hücumçu olaraq oynatmazdıq".


Son xəbərlər
topaz banner