Mourinyo: "Ronaldo "Real"da qalacaq"

Mourinyo: "Ronaldo "Real"da qalacaq"
XƏBƏR 22 İyul 2013 / 14:11 2435
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo keçmiş futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"ə transfer olunmayacağını deyib.

Qol.Az-ın "Daily Mail" qəzetinə istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis Madrid klubunun Ronaldonu satmayacağını bildirib.

"Mənim bildiyim "Real" oyunçusunu satmağa ehtiyacı olmayan varlı bir klub kimi Ronaldoya istədiyi təklif edə bilər. Kriştianonun "MY"nı və Premyer Liqanı sevdiyini bilirəm. Ancaq onun Madrid klubunda qalacağını düşünürəm. Bu barədə heç kəsdən məlumat almamışam. Ancaq belə olacağını hiss edirəm" - deyə Mourinyo qeyd edib.

Son xəbərlər
topaz banner