"Çelsi"dən Runiyə 46 milyon avro

"Çelsi"dən Runiyə 46 milyon avro
XƏBƏR 22 İyul 2013 / 03:20 2380
-  A +

"Çelsi" klubu "Mançester Yunayted"in hücumçusu Ueyn Runini transfer etmək üçün yeni təklif hazırlayıb.

Qol.Az-ın məlumatına görə, London klubu futbolçuya 46 milyon avro ödəməyə hazır olduğunu bildirib. "Mançester Yunayted"in baş məşqçisi David Moyes isə bir müddət əvvəl Runinin satmaq fikrində olmadıqlarını bildirmişdi. Ancaq "zadəganlar"ın baş məşqçisi Yoze Mourinyo Runini almaqda israrlıdır.

Qeyd edək ki, son mövsüm çıxdığı 33 oyunda 13 qol vuran futbolçunun adı son vaxtlar "Çelsi" ilə tez-tez hallanır.

Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu