“Qəbələ”nin "İnter"dən transfer etdiyi Nizami Hacıyev klubun saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, futbolçu "Qəbələ"yə gəlişinin səbəblərini izah edib.
- Həm ölkə daxilindən, həm də xaricdən bir çox təkliflər almışdım. Bunların arasında məni ən çox “Qəbələ”dən gələn dəvət qane etdi. Bəri başdan deyim ki, bu komandaya transferim sırf maddi amillərlə bağlı deyil. Sadəcə, mənə olan inama, hörmətə görə “Qəbələ”ni seçdim. İlk növbədə mənim rahatlığım önəmlidir. Əgər hansısa klubun uğurları üçün çalışıramsa, mənim üçün orda rahat şərait yaradılmalıdır.
- Xaricdən hansı komandalardan təklif var idi?
- Polşanın 2 klubu mənim xidmətimdə maraqlı idi. Qışda düşərgəsində olduğum “Poqon” komandası, eləcə də, digər bir klub çox real təklif göndərmişdi. Yəni, ora baxışa yox, birbaşa müqavilə imzalamağa çağırırdılar. Variantları götürqoy etdikdən sonra qərarımı verdim. Açığı, “Qəbələ” rəhbərliyinin mənə göstərdiyi münasibət çox xoşuma gəldi. İndiki dövrdə inama, dəstəyə böyük ehtiyacım var idi ki, “Qəbələ” üçün bütün potensialımı, bacarığımı ortaya qoya bilim.
- Bu vaxta qədər bir neçə klubun şərəfini qorumusan, Polşada olmusan. “Qəbələ”nin həmin klublardan üstün cəhəti nədir?
- Yenə də deyirəm, inam cəhətdən mənə fərqli münasibət oldu. Zədə ucbatından son 3 ayda futbol oynamamışam. Müalicədən sonra düşündüm ki, bu vəziyyətdə Polşaya getsəm, ola bilsin, zədələndiyim nahiyədə yenə ağrılar başlayacaq və nəticədə əsas heyətə düşməkdə, möhkəmlənməkdə problem yaranacaq. Ancaq “Qəbələ” rəhbərliyi hər şeyi nəzərə aldı. Burada ilk günlər fərdi məşqlər etdim. Bəzi ağır məşqlərdən azad olundum ki, zədəmə yük düşməsin. Çünki bərpa prosesini tədricən keçməliiydim.
- Həkimlər səhhətinlə bağlı hansı rəyi veriblər?
- Qasıq nahiyəmdə yırtıq var idi. Əməliyyat olunmuşam. Şükür Allaha, indi özümü yaxşı hiss edirəm. Bütün məşqlərdə iştirak edirəm. Türkiyədə keçirilən yoldaşlıq oyunlarında da meydançada olmuşam. Necə deyərlər, hər şey yolundadır.
- Müxtəlif məşqçilərin rəhbərliyi altında oynamısan. Bəs Yuri Syomini necə xarakterizə edərdin?
- Yuri Syomin böyük komandalarda – Moskva “Lokomotiv”i, Kiyev “Dinamo”su, eləcə də, Rusiya yığmasında çalışıb. Bu məşqçi barədə yalnız xoş sözlər demək mümkündür. O, işini çox dərindən bilir, məşqləri sistematik aparır. Düzdür, məşqlər ağır keçir. Ona görə ki, hazırda fiziki cəhətdən hazırlaşırıq. Amma istənilən halda, məşqlərin ağırlığına tab gətirməliyik. “Qəbələ”nin uğur qazanmasını, Premyer Liqada ilk “üçlüy”ə düşməsini istəyiriksə, məşqlərin çətinliyinə, tapşırıqlara dözməliyik. Buna dözə bilmiriksə, heç burada yığışmağın da mənası yoxdur.
- Məşqlərin ağırlığından söz açdın, amma deyəsən, səndə hərdən tənbəllik də olur...
- Açığı, bir az tənbəlliyim var. Ancaq meydançaya çıxdımsa, komandama görə canımı qoyuram. Dediyim kimi, son 3 ayda futbol oynamamışam. İndi futbol üçün acmışam. Bir var darıxmaq, bir də var acmaq. Mən məhz futbol baxımından özümü ac hiss eləyirəm. Meydançaya çıxıb, özümü göstərmək əzmindəyəm. Ən azı, “Qəbələ” rəhbərliyinə sübut etmək istəyirəm ki, seçimlərində yanılmayıblar. Ona görə də komandanın uğurları naminə əlimdən gələni əsirgəməyəcəyəm.
- “Qəbələ”də səni necə qarşıladılar? Səninlə bərabər, “İnter”dən daha iki futbolçu - Vladimir Levin və İbrahima Niassenin də bura keçməsi güman ki, yeni komandaya tez uyğunlaşmağına kömək etdi.
- Levin və Niasse ilə 2 il “İnter”də çiyin-çiyinə oynamışam. “Qəbələ”nin digər futbolçuları isə məşqlərdə, yeməkxanada, asudə vaxtlarda özlərini elə səmimi aparırlar ki, istər-istəməz bu kollektivə qoşulursan, ünsiyyət qurursan, qaynayıb-qarışırsan. Hər şey yüksək səviyyədədir. Mövsümün sonunda nəticə də qazana bilsək, lap əla olar.
- Növbəti çempionatda “Qəbələ”nin mükafatçılar sırasına düşməyi, səncə nə dərəcədə realdır?
- Medallara iddialı heç bir komandadan zəif deyilik. Klub rəhbərliyi tərəfindən maddi, mənəvi dəstək göstərilir. Heyət əla futbolçulardan qurulub. Komandaya böyük təcrübəyə malik məşqçi başçılıq edir. Meydançalar yüksək səviyyədədir. Qəbələnin o qədər gözəl stadionları var ki, məşqdən sonra heç meydançadan çıxmaq istəmirsən.
- “Qəbələ”yə keçidin Azərbaycan milli komandasına qayıtmağına da yardım edə bilər…
- Əlbəttə. Zədə ucbatından yığmaya da çağırılmırdım. “Qəbələ”nin heyətində özümü yaxşı göstərə bilsəm, düşünürəm ki, milli komanda məşqçilərinin də diqqətini cəlb edərəm.
- “Qəbələ”də səni əsas heyətə düşmək uğrunda gərgin rəqabət gözləyir. Buna hazırsanmı?
- Rəqabətdən qorxuruqsa, oturaq evdə, heç futbol oynamayaq. “İnter”lə müqavilə bağlayanda 18 yaşım var idi. Həmin vaxt komandanın kapitanı Emin İmaməliyev idi. Cəmi 4 turdan sonra əsas heyətdə yer almağa başladım. Rəqabətdən qorxsaydım, “İnter”ə keçməzdim.
- Azərbaycanın istedadlı futbolçularından biri, U-19 yığmamızın heyətində Ermənistanın qapısına vurulan qələbə topunun müəllifi, oynadığı klublarda öz dəst-xətti ilə seçilən Nizami Hacıyevin “Qəbələ” azarkeşlərinə nə sözü var?
- Hər bir fanata hörmət bəsləyirəm. Qoy, onlar bizə dəstəklərini davam etdirsinlər. Biz həm klub rəhbərliyi, həm də azarkeşlər üçün uğurlar qazanmalıyıq. Üzümüzə gələn mövsümdə “Qəbələ”yə xalqın sevgisini artırmalıyıq.
31 oyunda 35 qol - Video
"Şəfa"nın "Dinamo"ya qalib gəldiyi oyun - Video
Azərbaycanın iki idmançısı Paris-2024-ə vəsiqə qazandı
"Mançester Yunayted" Reşfordu 70 milyona satmağa hazırdır
"Mbappe ilə finalda qarşılaşsaq, onu əzəcəyəm" - Rudiger
“Şahdağ Qusar” - “Füzuli” matçında 6 qol - Video
"Barselona"da qalmaq qərarımın səbəbi sadədir" - Xavi
"Şəfa" və "Qusar"dan qələbə
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
Van Persi Niderland klubu ilə razılığa gəldi
"Barselona" hücumçusunu icarəyə verəcək
PSJ-nin Luis Enrike qərarı
Levandovskidən "Barselona" tarixinin rekordu
"Hamı mənə dəstəkdir" - Musa Qurbanlı
"Fire League"da qrup mərhələsi başa çatdı
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Azərbaycan U-21 millisi yoldaşlıq oyunu keçirəcək
"İnter" iki futbolçusu ilə müqaviləni uzadır
"Borussiya" - PSJ oyununun hakimləri bilindi
Ronaldo Braziliya klubunu satdı
Acun alacağı yeni klubun adını açıqladı
İdman direktoru baş məşqçi təyin olundu
Yunanıstan mediası Terimin istefaya göndəriləcəyini yazır
Arda: "Real" mənə Modriçin varisi olacağımı dedi"
"Qarabağ" - "Neftçi" oyununun stadionu dəyişdirildi
Rəşad Sadıqovun ittihamı kimlərə yönəlib? - Video
"Mançester Yunayted"də qalacaqlar
"Bavariya" - "Real" oyununu göstərəcək kanallar
Levandovski: "Bu yay "Barselona"dan ayrılmağım mümkün deyil"
Azərbaycan millisinin üzvündən qol ötürməsi - Video
"Lester" çempion oldu
“Barselona”dan əzmkar qələbə
A seriyasında 34-cü tura yekun vuruldu
Cəlalın komandası qələbəni əldən verdi - Video
“Bavariya” – “Real” oyununa hakim təyinatları müəyyənləşdi
"Prinsipim Rəşad Sadıqovla deyil" - Elmar Baxşıyev
"Real" "Bavariya" ilə oyun üçün iştirak ərizəsini açıqladı
"Araz-Naxçıvan" "Zirə"yə belə qalib gəldi - Video
“Zirə” “Araz Naxçıvan”a uduzdu
Mehriban Əliyeva Avropa çempionunu təbrik etdi
"Bakı Sportinq"im 5 cavabsız qolu - Video
Liderdən darmadağın, "Cəbrayıl"dan qələbə
"Zirə" - "Araz-Naxçıvan": Heyətlər
"Milan" müdafiəçisi ilə yolları ayırır
"Yalnız birlikdə uğur qazana bilərik” - Filip Ozobiç
Aleksis Sançes "İnter"dən ayrılır