"Skenderbeu" - "Neftçi" oyunu canlı yayımlanacaq?

"Skenderbeu" - "Neftçi" oyunu canlı yayımlanacaq?
XƏBƏR 21 İyul 2013 / 17:35 6123
-  A +

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Skenderbeu” – “Neftçi” oyunu Azərbaycan dövlət televiziyası (AzTV) vasitəsi ilə birbaşa nümayiş etdirilə bilər.

Qol.Az saytına açıqlamasında bu barədə  Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəbbəri Gündüz Abbaszadə məlumat verib. Onun sözlərinə görə, oyunun yayımlanması məsələsi hələlik rəsmi şəkildə həll olunmasa da, bu yöndə işlər gedir: 

“Skenderbeu” ilə ilk oyunumuzun yayım hüququnu da AzTV-yə vermişdik. Həmin oyunun yayımı çox yüksək səviyyədə təşkil olundu. Hətta Avropada da qibtə edə bilərdilər. Buna görə də AzTV-yə dərin təşəkkür  edirik. “Neftçi”nin Avropadakı çıxışlarına böyük maraq var. Əldə etdiyimiz məlumata görə, AzTV kanalı “Neftçi”nin səfər oyununu da yayımlamaq üçün işlərə başlayıb. “Neftçi” klubu olaraq biz də tərəfdarıyıq ki, səfərdəki oyunumuz canlı yayımlansın. Ümid edirəm ki, bu məsələ öz həllini tapacaq”.

Qeyd edək ki, “Skenderbeu” - “Neftçi” oyunu iyulun 23-də, Bakı vaxtı ilə saat 23:00-da başalayacaq.

Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu